RU

Trampdan Venesuela ilə bağlı yeni açıqlama - Ticari uçuşlar başlayacaq

ABŞ Prezidenti Donald Tramp Venesuela hava sahasının yenidən ticarət uçuşlarına açılacağını və amerikalıların artıq bu ölkəyə təhlükəsiz şəkildə səfər edə biləcəyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdə mətbuat konfransı keçirən Tramp həmçinin "Bir çox insan HƏMAS-ın silahlarını buraxmayacağını deyirdi. Ancaq görünür ki, HƏMAS silahlarını buraxacaq" -  ifadəsini işlədib.

Tramp Venesuela Mütləq Dövlət Başçısı Delcy Rodrigeslə telefonla danışdığını bildirərək, "Az öncə Venesuela Dövlət Başçısı ilə əlaqə saxladım və ona bütün ticarət hava sahələrimizi açacağımızı bildirdim" -  deyib.

Prezident Tramp həmçinin, ABŞ-ın böyük neft şirkətlərinin Venesuela'ya gedərək layihələri üçün yerlər seçməyə başladığını və bu layihələrdən əldə olunacaq iqtisadi gəlirin həm ABŞ, həm də Venesuela üçün "böyük sərvət" gətirəcəyini qeyd edib.

Избранный
4
50
manset.az

10Источники