ABŞ Dövlət Departamenti İran rejiminin yüksək vəzifəli məmurları və onların ailə üzvlərinin ABŞ-də olmaq imtiyazını ləğv etdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Departamentin rəsmi X səhifəsində yayımlanan məlumata görə, Dövlət katibi Marko Rubio bu həftə müvafiq tədbirləri həyata keçirib.
Bəyanatda qeyd olunur: “İran xalqı əsas hüquqları uğrunda mübarizə apararkən, İran rejiminin qəddar zülmündən qazanc əldə edənlərin bizim immiqrasiya sistemimizdən faydalanması qəbuledilməzdir.”
As the people of Iran continue to fight for their basic rights, @SecRubio took action this week to revoke the privilege of Iranian senior officials and their family members to be in the United States. Those who profit from the Iranian regime’s brutal oppression are not welcome to…
— Department of State (@StateDept) January 29, 2026
Natiq Səlim,
KONKRET.az