RU

Bir zamanların tanınmış aktrisası idi, indi borc içində "üzür" - FOTO

Yeşilçamın tanınmış aktrisalarından biri olan Səadət Gürses sosial mediada paylaşdığı video ilə pərəstişkarlarından dəstək istəyib. Xərçəng xəstəliyinə qalib gələn aktrisa borcları səbəbilə dolanışığını təmin etməkdə çətinlik çəkdiyini bildirib.

Bizin.Media xəbər verir ki, Səadət Gürses sosial mediadan etdiyi paylaşımda ciddi maliyyə çətinlikləri yaşadığını və borclarından qurtula bilmədiyini bildirib:


"Salam. Mən Səadət Gürsəsəm. Bu borc tələsindən çıxmaq üçün çox mübarizə apardım, amma bacarmadım. Xərçəng kimi bir xəstəliyi dəf etdim, amma bütün səylərimə baxmayaraq, borclarımın ağırlığından çıxa bilmədim. Son çarə olaraq bu videonu çəkmək qərarına gəldim. Əgər Allah mənə kömək edərsə, xilas olacağam; əks halda, xahiş edirəm məni bağışlayın".


Qeyd edək ki, Səadət Gürses təxminən 35 illik sənət karyerası ərzində "İnek Şaban", "İyi Aile Çocuğu" və "Dokunmayın Şabanıma" kimi 300-ə yaxın filmdə rol alıb. (Milli.az)




Bizim.Media

Избранный
1
2
bizim.media

4Источники