Ajans.az Mash Telegram kanalına istinadən xəbər verir ki, hadisədən bir müddət əvvəl 28 yaşlı Raci̇di̇n Y. və 36 yaşlı Malvina M. müsəlman adət-ənənələrinə uyğun olaraq nikah mərasimi keçiriblər. Toydan sonra qadına cehiz kimi Lada Priora markalı avtomobil təqdim olunub. Məlumata əsasən, Raci̇di̇n Y. avtomobili Malvina M.-nin razılığı olmadan 600 min rubl müqabilində Qroznı şəhər sakininə satıb. Qadın bu sövdələşməyə etiraz edərək avtomobilin oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Hadisə günü axşam saatlarında Raci̇di̇n Y. “ərizə ilə bağlı məsələni müzakirə etmək” məqsədilə Malvina M.-nin yaşadığı evə gəlib. Altı gün sonra qadının yanmış vəziyyətdə olan bədən hissələri Dərbənd şəhərindən üç kilometr aralıda yerləşən kənd ərazisində aşkar edilib. Ailə dostlarının bildirdiyinə görə, Malvina M.-nin əvvəlki nikahından üç azyaşlı övladı olub. Raci̇di̇n Y. hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, polis bölməsində törətdiyi cinayəti etiraf edib.