RU

“Hazırkı xəstəliyə antibiotik təsir göstərmir” – Pediatrdan XƏBƏRDARLIQ

Hazırda geniş yayılan virus infeksiyasının əsas əlaməti enməyən hərarətdir. Bu səbəbdən vətəndaşlar dərhal antibiotikə üz tuturlar. Mütəxəssislər isə gərəksiz və həkim təyinatı olmadan qəbul edilən antibiotiklərin istənilməyən nəticəyə gətirib çıxara biləcəyini qeyd edirlər.

 

Pediatr Leyla Şükürova Pravda.az-a açıqlamasında deyib ki, hazırda yayılan qrip infeksiyasında antibiotiklərin təsir effekti olmur:

 

“Antibiotik, həkim təyinatı ilə xəstəliyə ikincili bakterial infeksiyaların qoşulduğu zaman istifadə edilə bilər. Pnevmoniya, orta qulaq iltihabı, sinusit kimi hallar müşahidə edildiyi zaman antiviral dərmanlarla yanaşı, antibiotik təyinatı ola bilər. Hərarət yüksəkdirsə, baş ağrısı, öskürək varsa, analiz verilərək düşməyən qızdırmanın səbəbi tapılmalıdır. Daha sonra isə həkim göstərişi əsasında antibiotik yazıla bilər”.

 

Şəhanə Quliyeva


Избранный
32
14
azia.az

8Источники