RU

Autsayderin Sumqayıt sınağı

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün keçiriləcək 2 oyunla Misli Premyer Liqasında 18-ci tura start veriləcək. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma bölgədə keçiriləcək.

Günün ilk matçında "Karvan-Yevlax" "doğma divarlar" arasında "Sumqayıt"ı qəbul edir. meydan sahibləri çempionatın aşkar autsayderidi. "Ağ-qaralar" 6 xalla sonuncu - 12-ci pilədə qərarlaşıb. Qonaqlar isə avrokuboklar vəsiqə uğrunda mübarizə aparır. Bu oyun ərəfəsində "kimyaçılar" 27 xala malikdir və turnir cədvəlində 5-cidir.

Qeyd edək ki, bu komandalar arasında ilk dövrədə baş tutan oyun sumqayıtlıların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Misli Premyer Liqası

II dövrə, XVIII tur

14:30. "Karvan-Yevlax" - "Sumqayıt"

Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad SəlimovVAR: İnqilab MəmmədovAVAR: Teymur TeymurovHakim-inspektor: Feyzulla FeyzullayevAFFA nümayəndəsi: Bəhram QurbanovYevlax. Şəhər stadionu.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
39
17
sport24.az

5Источники