RU

75 milyonluq “Melaniya” üçün 3 bilet satıldı

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın həyatından bəhs edən 75 milyon dollarlıq “Melaniya” adlı sənədli film Böyük Britaniyada gözləniləndən xeyli zəif başlanğıc edib.

“Qafqazinfo”nun məlumatına görə, Londonda keçiriləcək ilk nümayişlər üçün cəmi üç bilet satılıb.

“Amazon MGM Studios” tərəfindən 40 milyon dollara satın alınan və istehsalına təxminən 35 milyon dollar xərclənən sənədli film genişmiqyaslı qlobal marketinq kampaniyası ilə dəstəklənib. Bildirilir ki, layihə çərçivəsində Melaniya Trampa da əhəmiyyətli məbləğdə ödəniş edilib.

Film Donald Trampın 2025-ci ilin yanvarında yenidən prezident postuna qayıdışından əvvəlki 20 günlük dövrü əhatə edir. Lakin bütün bu səylərə baxmayaraq, sənədli film Böyük Britaniyada tamaşaçı marağı qazana bilməyib.

Məlumata görə, Londonun İslinqton rayonunda yerləşən bir kinoteatrda cümə günü saat 15:10-da keçiriləcək nümayiş üçün yalnız bir bilet, həmin gün saat 18:00-da planlaşdırılan ikinci seans üçün isə cəmi iki bilet satılıb.

Bundan əlavə, Londondakı “Vue” kinoteatr şəbəkəsində planlaşdırılan 28 nümayişin hamısının boş qaldığı bildirilib. “Vue” şirkətinin baş icraçı direktoru Tim Riçards “The Telegraph” nəşrinə verdiyi açıqlamada sənədli filmin kinoteatrlarda nümayiş etdirilməsi qərarı ilə bağlı çoxsaylı tənqid məktubları aldıqlarını deyib.

Sənədli filmdə Melaniya Trampın diplomatik fəaliyyəti, “Gizli Xidmət”lə bağlı məqamlar, şəxsi həyatı və Donald Trampın yumoruna dair qısa görüntülər yer alır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
2
qafqazinfo.az

3Источники