RU

Mask şirkətlərini birləşdirə bilər

BAKI, 30 yanvar. TELEQRAF

İlon Maskın təsis etdiyi kosmik şirkət "SpaceX" onun rəhbərlik etdiyi "Tesla" və "xAI" şirkətləri ilə birləşmə ehtimalını araşdırır. Bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadla məlumat yayıb.

Teleqraf xəbər verir ki, bu addım dünyanın ən varlı insanı sayılan İlon Maskın biznes imperiyasını konsolidasiya etmək niyyətindən xəbər verir.

Məlumata görə, bir sıra investorlar "SpaceX"in elektromobil istehsalçısı "Tesla" ilə birləşməsi perspektivini dəstəkləyir. Bununla yanaşı, süni intellekt sahəsində fəaliyyət göstərən "xAI" startapı ilə birləşmə variantı da ayrıca müzakirə olunur.

Nəşr qeyd edir ki, hazırda yekun qərar qəbul edilməyib. Bununla belə, "SpaceX"in "Tesla" və ya "xAI" ilə mümkün birləşməsi istənilən halda infrastruktur fondları və xüsusilə Yaxın Şərqdən olan investorlar tərəfindən böyük maraqla qarşılanacaq.

Избранный
70
50
teleqraf.com

10Источники