RU

Tramp Kuba ilə bağlı səbəblərə görə ABŞ-də fövqəladə vəziyyət elan edib

Ağ Ev bunu milli təhlükəsizliyə təhdidlə əsaslandırır...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kubadan qaynaqlanan “milli təhlükəsizlik təhdidi” səbəbilə ölkə ərazisində fövqəladə vəziyyət elan edib. Müvafiq sərəncam Ağ Evin rəsmi internet səhifəsində dərc olunub.

Sərəncamda bildirilir ki, Kuba hakimiyyətinin siyasəti və fəaliyyəti ABŞ-nin maraqlarına zərər vurmağa, eləcə də ABŞ-ni məhv etməyə çalışan düşmən dövlətləri və terrorçu qrupları dəstəkləməyə yönəlib. Sənəddə qeyd olunur ki, elan edilən fövqəladə vəziyyətin aradan qaldırılması üçün tarif sisteminin tətbiqi zəruri və məqsədəuyğun hesab edilir.

Bu qərar ABŞ-yə Kubaya neft tədarük edən ölkələrin mallarına əlavə advalor rüsumlar tətbiq etmək imkanı yaradır. Sərəncamda vurğulanır ki, Donald Tramp tariflərin tətbiqi ilə bağlı qərarı yenidən nəzərdən keçirə və ya dəyişə bilər. Bunun üçün Kuba və ya rüsumlardan təsirlənən ölkələr öz siyasətlərini ABŞ-nin xarici siyasət maraqlarına və milli təhlükəsizlik məqsədlərinə uyğunlaşdırmalıdırlar.

Qeyd olunur ki, hazırda ABŞ-də 50-dən çox fövqəladə vəziyyət haqqında sərəncam qüvvədədir. Bu sənədlərin əhəmiyyətli hissəsi Kuba, İran, Rusiya, qeyri-qanuni miqrasiya və narkotik qaçaqmalçılığı ilə bağlıdır. Fövqəladə vəziyyət rejimi prezidentə normal şəraitdə yol verilməyən geniş səlahiyyətlər verir.

Poliqon.info

Избранный
48
6
poliqon.info

10Источники