RU

Yüksək pensiya almağın yolları Bu iki detala diqqət edin

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən il təqaüdə göndərilən məşhur hakimi Azad Məcidov Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verərək, ona hakim kimi əmək pensiyasının düzgün təyin edilmədiyini iddia edib. Belə ki, təqaüdə çıxdıqdan sonra ona hakim fəaliyyəti nəzərə alınmadan aylıq 4 881 manat pensiya təyin edilib. Bu hadisə fonunda cəmiyyətdə sual yaranır:

Azərbaycanda kimlər yüksək pensiya ala bilər və pensiyanın məbləğini hansı faktorlar müəyyən edir?

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, Azərbaycan qanunvericiliyinə əsasən yüksək pensiyanın əsas meyarları əmək stajı və yığım kapitalıdır:

“Hazırda əmək stajı minimum 25 il, yığım kapitalı isə 47000 manatdır. Bundan əlavə, əmək fəaliyyəti zamanı maaşı yüksək olan şəxslərin yığım kapitalı da daha çox olur. Pensiyanın məbləği yığım kapitalının 122 aya bölünməsi yolu ilə hesablanır və beləliklə, hər ay üçün müəyyən məbləğ təyin edilir. Nəticədə, iş fəaliyyəti zamanı daha yüksək maaş alan şəxslər avtomatik olaraq daha yüksək yığım kapitalına sahib olur və onların yaşa görə əmək pensiyası da buna uyğun olaraq yüksək olur”.

Eyyub Kərimli

İqtisadçının sözlərinə görə, ağır iş şəraitində işləmək əlavə pensiya demək deyil:

“Sadəcə daha tez pensiya hüququ əldə etmək imkanı verir. Bəzi hallarda bu müddət beş ilə qədər azaldıla bilər. Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, ağır iş şəraitində çalışan vəzifələrin təsnifatı mövcuddur və bu vəzifələrdə işləyən insanlar pensiya yaşını daha tez qazanırlar. Lakin hazırda ölkədə qanunvericiliyə əsasən pensiyanın məbləği əsasən pensiya kapitalının həcminə uyğun olaraq hesablanır”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
93
19
globalinfo.az

10Источники