RU

ABŞ Hindistanın "Pax Silica" texnologiya alyansına qoşulacağını gözləyir

ABŞ administrasiyası fevral ayında Hindistanın Vaşinqtonun rəhbərlik etdiyi "Pax Silica" texnologiya alyansına qoşulacağını gözləyir.

"Far.Az"un məlumatına görə, bunu ABŞ Dövlət Katibinin İqtisadi İnkişaf, Enerji və Ətraf Mühit üzrə müavini Ceykob Helberq Hudson İnstitutunda çıxışı zamanı bildirib.

"İki həftə əvvəl Qətər və BƏƏ-ni tərəfdaşlığımıza salamladıq və gələn ay Hindistanı salamlamağı səbirsizliklə gözləyirik", - deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ eyni zamanda Avropa, Asiya və Qərb yarımkürəsi də daxil olmaqla müxtəlif bölgələrdəki və müvafiq sahələrdə unikal imkanlara malik digər tərəfdaşlarla müzakirələr aparır:

"Genişləndikcə, hər bir tərəfdaş ölkənin unikal təcrübəsindən istifadə edəcək funksional işçi qrupları yaradacağıq. Bu, işimizin mütəmadi olmasını, dialoq naminə dialoq məsələsinə çevrilməməsini və yalnız nəticəyə yönəlmiş qalmasını təmin edir", - deyə o əlavə edib.

Qeyd etmək lazımdır ki, ABŞ-ın Pax Silica təşəbbüsü yarımkeçiricilər, vacib minerallar, enerji və süni intellekt texnologiyaları üçün innovativ istehsal və təchizat zəncirləri yaratmağı hədəfləyir. Alyansa artıq Avstraliya, Böyük Britaniya, Yunanıstan, İsrail, Qətər, BƏƏ, Sinqapur, Koreya Respublikası və Yaponiya daxildir.

Избранный
21
far.az

1Источники