RU

Yeni Zelandiya "Sülh Şurası"na qoşulmaqdan imtina edib

BAKI, 30 yanvar. TELEQRAF

Yeni Zelandiya hökuməti ABŞ Prezidenti Donald Trumpın Qəzza sektorunun bərpası və idarə olunması üzrə yaradılan Sülh Şurasına qoşulmaqla bağlı dəvətini qəbul etməyib.

Teleqraf xəbər verir ki, bu barədə Yeni Zelandiyanın baş naziri Christopher Luxonin bəyanatını "Stuff" portalı yayıb.

“Yeni Zelandiya hökuməti prezident Trampın dəvətini nəzərdən keçirdi və "Sülh Şurası"nın mövcud formatında onun tərkibinə daxil olmamaq qərarına gəldi”, – deyə Lakson bildirib.

Ölkənin xarici işlər naziri Vinston Peters də Yeni Zelandiyanın təşkilata dəstək verəcəyini, lakin Şuraya üzv olmayacağını vurğulayıb. Onun sözlərinə görə, artıq bir sıra dövlətlər, xüsusilə region ölkələri Şuranın fəaliyyətində iştirak edəcəklərini bəyan ediblər və bu baxımdan Yeni Zelandiyanın töhfəsi həlledici olmayacaq. Nazir həmçinin yeni strukturun səlahiyyətləri ilə bağlı həm indiki mərhələdə, həm də gələcək üçün aydınlığın vacib olduğunu qeyd edib.

Qeyd edək ki, Qəzza sektorunda sülhün bərpası üzrə yaradılan "Sülh Şurası"nın nizamnaməsini imzalanıb. Donald Tramp daha sonra digər dövlətlərin də bu təşəbbüsə qoşulduğunu açıqlayıb.

"Sülh Şurası"nın əsas məqsədi Qəzza sektorunun idarə olunması olsa da, onun gələcəkdə digər regionlarda münaqişələrin qarşısının alınması və tənzimlənməsi ilə də məşğul olacağı nəzərdə tutulur.

Избранный
25
40
teleqraf.com

10Источники