RU

ABŞ Venesuelanın neft sektoru ilə bağlı əməliyyatlara icazə verib

BAKI, 30 yanvar. TELEQRAF

ABŞ hakimiyyəti Amerika şirkətlərinə Venesuelanın neft sənayesi ilə bağlı bəzi əməliyyatlar aparmağa icazə verib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi tərəfindən yayımlanan ümumi lisenziyada qeyd olunub.

Sənədə əsasən, ABŞ hüquqi şəxslərinə Venesueladan neftin hasilatı, geoloji kəşfiyyatı, re-eksportu, satışı və yenidən satışı, tədarükü, saxlanması, marketinqi, satın alınması, çatdırılması və daşınması, eləcə də emalı ilə bağlı əməliyyatlara icazə verilir. Bu, o cümlədən Venesuelanın dövlətə məxsus neft şirkəti PDVSA ilə əlaqəli əməliyyatları da əhatə edir.

Lisenziyada vurğulanır ki, qeyd olunan bütün əməliyyatlar ABŞ qanunvericiliyinə uyğun həyata keçirilməli, bu sahədə yarana biləcək mübahisələr isə ABŞ məhkəmələrində araşdırılmalıdır.

Избранный
34
teleqraf.com

1Источники