RU

Avropa Liqasının pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşdi

Bakı. Trend:

Ümumi mərhələnin səkkiz turundan sonra Avropa Liqasında qələbəuğrunda mübarizəni davam etdirəcək 24 komanda açıqlanıb.

Trend xəbər verirki, ümumi mərhələdə otuz altı komanda iştirak etdi. İlk səkkizkomanda 1/8 finala vəsiqə qazandı. 9-cu yerdən 24-cü yerə qədərolan klublar 1/8 finala vəsiqə qazanmaq üçün pley-off mərhələsindəoynayacaqlar.

1/8 finala vəsiqə qazanan komandalar Fransanın "Lion",İngiltərənin "Aston Villa" (hər ikisi 21 xalla), Danimarkanın"Midtyulland" (19), İspaniyanın "Betis", Portuqaliyanın "Porto" və"Braqa", Almaniyanın "Frayburq" (hamısı 17 xalla) və İtaliyanın"Roma" (16) komandaları olub.

1/8 finala vəsiqə uğrunda matçlarda Belçikanın "Genk" (16),İtaliyanın "Bolonya", Almaniyanın "Ştutqart", Macarıstanın"Ferensvaroş" (hamısı - 15), İngiltərənin "Nottinqem", Çexiyanın"Viktoriya", Serbiyanın "Srvena Zvezda" (hamısı - 14), İspaniyanın"Selta" (13), Yunanıstanın "PAOK" və "Panatinaikos", Fransanın"Lill", Türkiyənin "Fənərbağça" (hamısı - 12), Şotlandiyanın"Seltik" (11), Bolqarıstanın "Ludoqorets", Xorvatiyanın "DinamoZaqreb" (hər ikisi - 10) və Norveçin "Brann" (9) komandalarıoynayacaq.

Pley-off mərhələsinin püşkatması yanvarın 30-da keçiriləcək. İlkoyunlar fevralın 19-da, cavab oyunları isə fevralın 26-dakeçiriləcək.

Məqalədə:
Избранный
80
37
az.trend.az

10Источники