RU

Türkiyədə Neft Emalı Zavodunda partlayış oldu

Türkiyənin Kocaeli vilayətində yerləşən Neft Emalı Zavodunda (NEZ) benzin çənində hələlik müəyyən edilməmiş səbəblərdən partlayış baş verib.

"Yeni Sabah" xəbər verir ki, Kocaelinin İzmit rayonunda baş vermiş partlayışdan sonra yanğın baş verib.

Məlumatdan dərhal sonra hadisə yerinə çoxsaylı yanğınsöndürən, polis və təcili tibbi yardım briqadaları göndərilib.

NEZ-dən verilən açıqlamaya görə yanğın qıza müddət ərzində nəzarət altına alınıb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb./APA


Telegram kanalımız
Избранный
14
35
yenisabah.az

10Источники