RU

Cənubi Muğan kanalına suyun verilişi müvəqqəti dayandırılıb

Cənubi Muğan kanalına suyun verilməsi müvəqqəti olaraq dayandırılıb.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, buna səbəb Bəhramtəpə Hidroqovşağında aparılan təmir-bərpa işləridir.

Kanala suyun verilişinin 10–12 gün müddətində bərpa olunacağı gözlənilir.

Qeyd edək ki, Cənubi Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometr olan kanal İmişli, Biləsuvar və Cəlilabad rayonlarında istifadə olunur.

Избранный
15
5
far.az

6Источники