RU

​"Fənərbaxça" Avropanın ulduzu ilə anlaşdı

"Fənərbaxça" Ademola Lukmanı transfer etmək "Atalanta" ilə danışıqlara başlayıb. Metbuat.az xəbər verir ki, Türkiyə nəhənginin futbolçu ilə razılığa gəldiyi, “Atalanta” ilə danışıqlar apardığı irəli sürülüb. İtalyan jurnalist Di Marzionun məlumatına görə, "Fənərbaxça Ademola Lukmanla bağlı yeni danışıqlar aparıb. Bundan əvvəl, "Atalanta"nın Ademola Lukman üçün tələb olunan məbləği 45 milyon avrodan 35 milyon avroya endirdiyi barədə xəbərlər dərc edilmişdi.

Həmçinin bildirilir ki, "Fənərbaxça" NGolo Kante ilə razılığa gəlib, lakin onun klubu "Əl-İttihad" transfer haqqı olmadan oyunçunu buraxmayacağını bəyan edib. "Fənərbaxça" ərəb klubuna transfer haqqı olaraq 4 milyon avro təklif edib. İki klub arasında danışıqlar davam edir.

Избранный
10
metbuat.az

1Источники