RU

Tramp: Mən Putindən Kiyevi atəşə tutmamasını xahiş etdim, o da razılaşdı

BAKI, 29 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vladimir Putindən Kiyevə hücum etməməyi xahiş edib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında bildirib.

"Mən şəxsən Prezident Putindən bu qeyri-adi soyuq hava şəraitində bir həftə Kiyev və digər şəhərləri atəşə tutmamasını xahiş etdim. Putinin bunu etməyə razı olduğunu dedi. Bu məni yaxşı mənada təəccübləndirdi" - Tramp qeyd edib.

Избранный
46
8
teleqraf.com

10Источники