RU

Rusiya və Türkiyənin Suriya planı artıq reallaşır Lavrov

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Rusiya və Türkiyə Suriya kürdlərinin ölkənin siyasi həyatına inteqrasiyası üçün çoxdan planlaşdırılmış proseslər düşünüblər və bu proseslər artıq reallaşmağa başlayır.

Axar.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə mediasında müsahibəsində deyib.

"Türkiyə ilə uzun müddətdir planlaşdırdığımız proseslər müasir Suriyada reallaşmağa başlayır. Mən kürdlərin siyasi həyatda, siyasi və təhlükəsizlik strukturlarında və Suriya ordusunda iştirakını nəzərdə tuturam", - deyə o bildirib.

Lavrovun qeyd etdiyi kimi, Moskva və Ankara bütün nüanslara və yanaşmalarındakı fərqlərə baxmayaraq, həmişə Suriya məsələsində ortaq məxrəc tapıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
axar.az

1Источники