RU

Bakı Dövlət Universitetində "Güclü dövlətin təməli - Azərbaycan gəncliyi" adlı forum keçirilib

Gənclərin təhsil, elm və ictimai həyatda rolunun gücləndirilməsi əsas prioritetlərdən biridir. Bu barədə Bakı Dövlət Universitetində keçirilən “Güclü dövlətin təməli Azərbaycan gəncliyi” adlı forumda bildirilib.

QHT.az xəbər verir ki, rektor Elçin Babayev qeyd edib ki, ölkədə fəaliyyət göstərən gənclər təşkilatları bu prosesdə fəal rol oynayır. Onun sözlərinə görə, 2022–2026-cı illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində bilik və təcrübə qazanır.

Müxtəlif elm sahələrində uğurla elmi araşdırmalar aparan, elmi dərəcə və elmi adlar alan gənclərin sayı ildən-ilə artır. Dövlətin gənclər siyasətində sağlam həyat tərzinin təbliği, idmanın inkişafı və onun kütləviliyinin təmin edilməsi xüsusi yer tutur.

Избранный
66
qht.az

1Источники