RU

“Qalatasaray” bahalı transferdən imtina etdi

“Qalatasaray” rəhbərliyi yarımmüdafiə xəttinin gücləndirilməsi ilə bağlı transfer planlarını dəyişib.

İdmanxeber.az-ın məlumatına görə, klubun prezidenti Dursun Özbek yüksək maliyyə xərclərinə getmək istəmədiyi üçün Pape Gueyenin transferindən imtina edib.

“Sarı-qırmızılılar” bu mövqedə daha münasib variantlara yönəlib. İstanbul təmsilçisi hazırda “Vest Hem”in formasını geyinən 22 yaşlı fransalı yarımmüdafiəçi Sungutu Magassanı məcburi satınalma şərti ilə icarəyə götürmək niyyətindədir.

Bununla yanaşı, “Qalatasaray” “Göztepe”də çıxış edən Antoni Dennisin transferi ilə bağlı da danışıqları davam etdirir.

Избранный
15
23
idmanxeber.az

10Источники