RU

“Zelenski Putinlə görüşə hazırdır

“Prezident Volodimir Zelenski ən həssas məsələləri müzakirə etmək üçün Vladimir Putinlə şəxsi görüşə hazırdır”.

Sitat.info xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının bu gün keçirilən onlayn iclasında deyib.

Nazirin sözlərinə görə, sülh planının ən mürəkkəb bəndləri olan ərazilər və Zaporojye AES-in statusu ilə bağlı məsələlərin həlli üçün Zelenski Putinlə birbaşa dialoqa girməyə razıdır:

“Ukrayna tərəfi noyabr ayından bəri müzakirə olunan 20 bəndlik sülh planını imzalamağa hazırdır, lakin Rusiya tərəfi hələ də təcavüzü dayandırmaq niyyətində olmadığını göstərir. Hazırda müzakirə olunan struktura əsasən, Ukrayna və ABŞ ikitərəfli sənəd imzalayacaq, oxşar sənəd isə Rusiya və ABŞ arasında imzalanacaq”.

Qeyd edək ki, Ukrayna və ABŞ nümayəndə heyətləri fevralın 1-də keçirilməsi planlaşdırılan növbəti üçtərəfli (Ukrayna-ABŞ-Rusiya) görüşə hazırlıq aparırlar. Ötən həftə Əbu-Dabidə keçirilən ilk raundda atəşkəs parametrləri və monitorinq mexanizmləri üzrə irəliləyiş əldə olunsa da, ərazi məsələlərində “qırmızı xətlər” hələ də qalmaqdadır.

Избранный
64
5
sitat.info

10Источники