RU

Lənkəranın məhşur “Kiçik Bazar”ındakı küçəni zibillik poliqonuna çevirən kimlərdir? – VİDEO

Lənkəran şəhərində “Kiçik bazar” adlanan ərazisində yol kənarı zibillik poliqonuna çevrilir.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, piyadaların və avtomobillərin intensiv hərəkət etdiyi küçədə sakinlər tərəfindən yol kənarına sellofan torbalarda məişət tullantıları atılır.
Bu vəziyyət əraziyə sahibsiz itlərin yığılmasına səbəb olur.

Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, ərazi zibilləndikdən sonra küçə itlərinin çoxluğu ucbatından yoldan keçmək çətinləşib. Eyni zamanda ətrafa üfunət iyi yayılır.

Çəkiliş zamanı ərazidə heç bir zibil qutusuna rast gəlinməyib. Vətəndaşlar aidiyyəti qurumlardan sözügedən əraziyə zibil qutularının qoyulmasını və problemin aradan qaldırılmasını xahiş edirlər.

Turab

Избранный
22
nocomment.az

1Источники