RU

Yeni müqavilə tələblərini qəbul etmədi, oyuna çıxmaqdan boyun qaçırdı - Kərimin üzü çöndü

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema bu gün “Əl-Fateh”ə qarşı keçiriləcək oyunda meydana çıxmaqdan imtina edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanı klubunun fransalı futbolçunun yeni müqavilə tələblərini qəbul etməməsidir.

Klub daxilində Benzemanın istəkləri “həddən artıq” kimi qiymətləndirilir, davranışı isə qeyri-peşəkar hesab olunur.

O, “Əl-İttihad”dan “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun müqaviləsinə bənzər şərtlər tələb edir. Söhbət illik 180 milyon dollar dəyərində olan razılaşmadan gedir.

“Əl-İttihad” bu məbləği ödəməyə hazır deyil və bu səbəbdən, onunla yeni müqavilə imzalamaqdan imtina edir. Benzema isə tələbləri yerinə yetirilənə qədər meydana çıxmaq niyyətində olmadığını bildirib.

Tərəflər arasında yaranan gərginlik 38 yaşlı hücumçunun komandadan kənarda qalması ilə nəticələnib və vəziyyətin necə həll olunacağı hələlik açıq qalır.

Избранный
24
sportinfo.az

1Источники