
Böyük Britaniyanın Baş naziri Kir Starmer Pekinə səfəri zamanı Çin Prezidenti Si Cinpinə İngiltərə Premyer Liqasının “Arsenal” və “Mançester Yunayted” arasında keçirilən oyunundan top hədiyyə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Məlumata görə, Starmer uzun müddətdir “Arsenal” azarkeşidir və komandanın oyunlarına müntəzəm olaraq tamaşa edir.
“Sky News”un məlumatına görə, Si Cinpin də öz növbəsində “Mançester Yunayted”in azarkeşidir. İki klub arasında son Premyer Liqa oyunu yanvarın 25-də Londonda “Mançester Yunayted”in 3-2 hesablı qələbəsi ilə başa çatıb.