RU

Rza Pəhləvi İsrailə sığındı - İrana çağırış etdi

İranın devrilmiş lideri Şah Məhəmməd Rza Pəhləvinin sürgündəki oğlu Rza Pəhləvi İran rejimi və İnqilab Keşikçiləri Qvardiyasına qarşı beynəlxalq yardımlar istəyib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rza Pəhləvi İsrailin "Jerusalem Post" qəzetinə verdiyi müsahibədə İran xalqının 2025-ci ilin dekabr ayının sonu və 2026-cı ilin yanvar ayının əvvəllərində "əvvəllər bir neçə dəfə etdiyi kimi, daha cəsarətli şəkildə" küçələrə çıxmağa başladığını söyləyib.

İran xalqının özünü liderlik üçün çağırdığını iddia edən devrilmiş İran şahının oğlu, Tehran idarəsinin hər zamankindən daha zəif olduğunu, xalqın əvvəlki etirazlara nisbətən daha birləşmiş və yalnız iqtisadi vəziyyəti deyil, həm də sistemi tənqid edən bir vəziyyətdə olduğunu vurğulayıb. O, 8-9 yanvar tarixlərində milyonlarla insanın küçələrə çıxdığını bildirib.

Избранный
8
manset.az

1Источники