RU

Putin–Zelenski görüşü yalnız Moskvada mümkün ola bilər – RƏSMİ

Rusiya tərəfi Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün görüşün yalnız Moskvada keçirilə biləcəyini bildirir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

Peskovun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya paytaxtına səfərlə bağlı dəvətə hələlik heç bir reaksiya verməyib.

Kremlin sözçüsü eyni zamanda vurğulayıb ki, Dubayda aparılan danışıqlar İstanbulda baş tutan əvvəlki təmasların davamı hesab edilmir və bu, tamamilə ayrı bir prosesdir.

Aliyə

Избранный
57
50
nocomment.az

10Источники