RU

Ötən il bank əmanətçilərinin depozit gəlirləri 42%-ə yaxın artıb

2025-ci ildə bankların depozitlər üzrə faiz xərcləri 1 milyard 282 milyon manat olub.

FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 376,6 milyon manat və ya 41,6% artım deməkdir.

Belə ki, 2024-cü ilin eyni dövründə bankların depozitlər üzrə faiz xərcləri 905,4 milyon manat idi.

Dinamika artımı təsdiqləyir. Ötən ilin sonu (905,4 milyon manat) ilə müqayisədə artım 376,6 milyon manat (41,6%) təşkil edib. Aylıq müqayisədə isə (noyabra nəzərən) bu xərclər 117,8 milyon manat (10,1%) artıb.

Xatırladaq ki, bankların depozitlər üzrə faiz xərcləri 2025-ci ilin noyabrın 30-na 1 milyard 164,2 milyon manat, 2024-cü ilin sonunda isə 905,4 milyon manat təşkil edirdi.


Избранный
3
fed.az

1Источники