AzVision.az xəbər verir ki, şirkətin “Deutsche Welle (DW)” nəşrinin bununla bağlı sorğusuna rəsmi cavabında belə deyilir.
“Rusiyanın Ukraynaya müdaxiləsindən dərhal sonra “Infineon Technologies” Rusiyaya birbaşa və dolayı tədarükü dayandırmaq üçün geniş tədbirlər görüb. Daha sonra şirkət Rusiyadakı törəmə müəssisəsini ləğv edib”, - məktubda bildirilir.
Cavabda həmçinin sanksiyaların pozulmamasını, onun şirkətin adından məhsul tədarük olunmamasını və ya xidmətlər göstərməməsini təmin etmək üçün bütün dünya üzrə distribyutorların ciddi öhdəliklər barədə tədbirlər görməyi tapşırdığı vurğulanır.
Şirkət bu mövqeyini dəfələrlə beynəlxalq ticarət tərəfdaşlarına çatdırdığını iddia edib. Bununla belə,“bir məhsulun bütün istismarı dövründə təkrar satışına nəzarət etmək olduqca çətindir, çünki “Infineon Technologies” ildə təxminən 30 milyard çip istehsal edir”.
- Bununla belə, biz sanksiyalara əməl olunmasını təmin etmək üçün kompleks tədbirlər görmüşük. Mövcud qaydalara riayət olunmasına nəzarət etmək üçün müxtəlif etibarlı mənbələrdən məlumat alırıq. Əgər işgüzar əlaqələrmiz olan şirkətin Rusiya ilə ticarət aparması barədə konkret və etibarlı məlumat alsaq, tədarükləri dayandıracaq və onlardan izahat tələb edəcəyik. Bura həm də dövlət qurumları ilə əməkdaşlıq daxildir”, - şirkət hansı prinsiplər çərçivəsində fəliyyət göstərdiyinə aydınlıq gətirib.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта