RU

QHT sədri: Mərkəzi bankların qızıl alışları qiymət artımını sürətləndirir

Bəzi böyük inkişaf etmiş ölkələrin mərkəzi bankları bu gün vəsaitlərinin böyük hissəsini qızıl alışına yönəldir, ehtiyat fondlarını qızıl hesabına artırırlar ki, bu da dünyada qızıla olan tələbatı yüksəldir.

QHT.az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, digər tərəfdən, ABŞ-ın və xüsusilə Donald Trampın apardığı siyasət, neftin qiymətinin ucuzlaşması və qlobal qeyri-sabitlik fonunda qızıla investisiya aləti kimi maraq daha da artır:

"Məhz bu amillər qızılın qiymətinin yüksəlməyə davam etməsinə səbəb olur".

Избранный
48
qht.az

1Источники