RU

Uğurlu sənayeləşmə siyasəti ölkəmizin iqtisadi qüdrətini artırır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Hər bir ölkənin inkişafında iqtisadi amil əsasdır.İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması isə dayanıqlıinkişafı şərtləndirən mühüm faktordur. Azərbaycanın inkişafmodelinin dünyaya nümunə kimi təqdim edilməsi bütün bu məqamlaraaydınlıq gətirir. Özünün zəngin enerji resurslarından səmərəliistifadə etməsi bu gün Azərbaycanın beynəlxalq maliyyə qurumlarınınhesabatlarında rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimiliderliyini qorumasında özünün aydın ifadəsini tapır. ÜmummilliLider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanabundan sonra da möhtəşəm uğurlar qazandıracaq. 1994-cü ildə UluÖndər Heydər Əliyevin ciddi səyləri nəticəsində imzalanan “Əsrinmüqaviləsi” ölkəmizin iqtisadi və siyasi mövqeyininmöhkəmlənməsində əhəmiyyətli rol oynadı. Azərbaycanın bu gün böyükinvestisiya cəlbediciliyinə malik ölkə kimi nüfuz qazanmasında bumüqavilənin rolu əvəzsizdir. Heç şübhəsiz, Azərbaycan bu sazişləbünövrəsi qoyulan əməkdaşlıq əlaqələrinin çoğrafiyasınıngenişlənməsi ilə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.Bütövlükdə enerji diplomatiyamızın uğurları davamlıdır. 2017-ciildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, 2020-ci ilini sonundaCənub Qaz Dəhlizi layihəsinin tam tərkibdə istifadəyə verilməsi,Azərbaycanın yaşıl enerjiyə keçidlə hazırda dünyanın diqqətindəolması bugünümüzə və gələcəyimizə hesablanan inkişafstrategiyasının uğurlarıdır. Dövlət başçısı İlham Əliyeviqtisadiyyatın inkişafında neft-qaz sektorunun rolunu daim önəçəkir və bu çağırışı da edir ki, iqtisadiyyatın şaxələndirilməsiprioritet məsələlərdəndir.

Ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi,sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara və yerliresurslara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalınıngenişləndirilməsi, habelə regionlarda iqtisadi fəallığın vəməşğulluğun daha da artırılması bu gün qarşıda dayanan əsashədəflərdəndir. Dövlət başçısı İlham Əliyevin bu günlərdəimzaladığı “Qərb Sənaye Parkının yaradılması haqqında” Fərmanı dabu istiqamətdə atılan addımlar sırasındadır.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, dövlətimizin başçısınıniştirakı ilə yanvarın 27-də Sumqayıt Sənaye Parkında sənayemüəssisələrinin təməlqoyma və açılış mərasimlərinin keçirilməsi busahənin ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyasındaprioritet istiqamət kimi müəyyənləşdirildiyini bir daha təsdiqlədi.Azərbaycanın müxtəlif regionlarında sənaye parklarının və sənayeməhəllələrinin yaradılması, həmin iqtisadi subyektlərdə sahibkarlıqfəaliyyətinin genişləndirilməsi üçün əlverişli mühitinformalaşdırılması iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neftsektorunun inkişafının sürətləndirilməsi məqsədilə ölkədəreallaşdırılan uğurlu sənayeləşmə siyasətinin nəticəsidir. Sənayezonaları biznes subyektlərinin innovativliyinin və istehsalınsəmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslananməhsul istehsalının təşviqində, ixrac potensialınıngenişləndirilməsində, eyni zamanda, əhalinin məşğulluq səviyyəsininyüksəldilməsində mühüm rol oynayır. Hazırda ölkədə Sumqayıt,Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam vəCəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” daxilolmaqla 8 sənaye parkı fəaliyyət göstərir. Naxçıvan SənayeParkının, eləcə də Gəncə şəhəri və Şəmkir rayonu ərazisində yeniQərb Sənaye Parkının yaradılması istiqamətində işlər görülür. Bütünbunlarla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərur sənayeməhəllələri də istehsal və sahibkarlıq fəaliyyətinin inkişafınatöhfə verir.

Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham ƏliyevinSumqayıta səfəri çərçivəsində Sumqayıt Sənaye Parkında “Azermirror”MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun açılışı oldu. Bustatistik rəqəmlər açıqlandı ki, hazırda ölkəmizdə mövcud sənayezonalarında 104 müəssisə istehsal fəaliyyətinə başlayıb. Sənayezonalarında indiyədək ümumilikdə 19,4 milyard manatlıq məhsulistehsal edilib ki, bunun 6,1 milyard manatlıq hissəsi ixracolunub. Hazırda istehsal olunan məhsullar dünyanın 70 ölkəsinəixrac edilir. Ümumi sahəsi 640 hektar olan Sumqayıt Sənaye Parkındahazırda 40 rezident fəaliyyət göstərir, layihələrin ümumi dəyəri6,7 milyard manat, faktiki investisiya həcmi isə 5,5 milyard manattəşkil edir. Layihələr çərçivəsində 8800-ə yaxın yeni iş yerininyaradılması nəzərdə tutulur. Faktiki olaraq 6135 nəfər işlə təminedilib. Səfər zamanı, həmçinin Sumqayıt Sənaye Parkında “BakıKarton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarınınistehsalı müəssisəsinin açılış, “Nun” MMC-nin polipropilen vəlaminatlı kisə istehsalı müəssisəsinin təməlqoyma mərasimikeçirildi. Göründüyü kimi, yeni sənaye sahələrininformalaşdırılması, rəqabətqabiliyyətli məhsul istehsalınıngenişləndirilməsi istiqamətində sistemli tədbirlər davametdirilir.

Millət vəkili bildirib ki, bu gün bütün regionlarımızın, ocümlədən işğaldan azad edilmiş ərazilərimizin malik olduğupotensialdan səmərəli istifadəni özündə ehtiva edən “Azərbaycan2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” uğurla icraedilir. Ümumilikdə dövlət başçısı İlham Əliyevin ölkəmizindayanıqlı inkişafının təmin edilməsinə yönələn addımlarıardıcıllığı ilə diqqəti cəlb edir. Hər bir sənəd yol xəritəsiolmaqla yanaşı, mövcud imkanların təqdimatıdır. Regionlarınsosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının, 2022-2026-cıillərdə sosial-iqtisadi inkişaf Strategiyasının uğurlu icrası əldəolunan nəticələrdən aydın görünür. Bölgələrin inkişafını qeyri-neftsektorunun inkişafı kimi dəyərləndirən Prezident İlham Əliyevinregionlara davamlı səfərləri bu sənədlərdən irəli gələn vəzifələrinuğurlu icrasını şərtləndirir.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün Azərbaycan yalnız neft-qazdeyil, qeyri-neft sektorunun inkişafı ilə də dünyanındiqqətindədir. İqtisadi inkişaf Azərbaycanın dünyanın müxtəlifölkələr ilə əməkdaşlıq əlaqələrinin günbəgün möhkəmlənməsini təminedir. Bu günlərdə 56-cı Davos Dünya İqtisadi Forumunda dövlətbaşçısı İlham Əliyevin dünyanın aparıcı şirkətlərinin rəhbərləriilə keçirdiyi görüşlərin say tərkibi bunu bir daha sübut edir.Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illiktoplantısı çərçivəsində keçirdiyi görüşlərlə bağlı sosial şəbəkəhesabında paylaşım etdi. Paylaşımda “Prezident İlham ƏliyevinÜmumdünya İqtisadi Forumunun İllik toplantısı çərçivəsindəgörüşləri. Davos 19-22 yanvar 2026-cı il” sözləri yer aldı.

Milli Məclisin deputatı qeyd edib ki, bu gün dünyanın diqqətiniAzərbaycana yönəldən, dövlətimizin beynəlxalq aləmdə mövqeyini dahada möhkəmləndirən tarixi sülh sazişi ölkəmizin əməkdaşlıqəlaqələrinin coğrafiyasının genişlənməsində əhəmiyyətli roloynayacaq. Bu gün regionda dayanıqlı sülhün, inkişafın tərəfdarıolan və bunu real addımları ilə təsdiqləyən Azərbaycana beynəlxalqbaxış yüksək səviyyədədir. Azərbaycanın iqtisadi, siyasi,diplomatik mərkəz kimi dünyanın diqqətində olması, Prezident İlhamƏliyevin qlobal çağırışlarla bağlı Azərbaycanın mövqeyini müxtəlifplatformalardan beynəlxalq ictimaiyyətə çatdırması yeni dünyanizamının formalaşdığı hazırkı dövrdə ölkəmizin artan rolunun, sözsahibliyinin nümayişidir. Bugünkü reallıqlarımız Ümummilli LiderHeydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”çağırışının təqdimatıdır.

Məqalədə:
Избранный
31
2
az.trend.az

2Источники