RU

Xərçəng xəstəliyinin yaranma riskini artıran səbəblər -Onkoloq AÇIQLADI

Onkoloq Vladimir Senko bəzi, ilk baxışdan zərərsiz görünən vərdişlərin xərçəng xəstəliklərinin yaranma riskini artırdığını bildirib.

Redaktor.az xəbər verir ki, həkim bu haqda lenta.ru-ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, həddindən artıq qidalanma və fiziki aktivliyin azlığı onkoloji xəstəliklərin inkişaf ehtimalını yüksəldir. Senko qeyd edib ki, piylənmə bir çox xərçəng növü üçün əsas risk faktorlarından biridir. Xüsusilə mədə-bağırsaq sistemi, yoğun və düz bağırsaq, qalxanabənzər vəzi və mədəaltı vəzi xərçənglərinin yaranmasında piylənmənin rolu böyükdür.

Həkim fikirlərini elmi araşdırmalarla əsaslandıraraq bildirib ki, artıq çəki leykemiya, melanoma və sümük iliyinin xərçəngi riskinin artması ilə əlaqəlidir.

Bundan əlavə, postmenopauza dövründə olan qadınlarda piylənmə süd vəzisi və uşaqlığın daxili qişasının (endometrium) bədxassəli şişlərinin yaranmasına da səbəb ola bilər.

Aytəkin TOFİQQIZI

Избранный
20
redaktor.az

1Источники