Dünən yerli mətbuatda dərc olunan xəbərlərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayevin aldığı aylıq maaşın məbləği məlum olub.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlasaq da, qurum suallarımızı cavablandırmayıb.
Qeyd edək ki, Anar Rzayev 2021-ci ilin 11 noyabr tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.