RU

Ağ Evdə gizli danışıqlar gedir

Səudiyyə Ərəbistanı və İsrail rəsmiləri bu həftə ABŞ prezidenti Donald Trampın təhdidləri fonunda İrandakı vəziyyəti müzakirə etmək üçün Vaşinqtona səfər ediblər.

"Yeni Sabah" Axios-a istinadla xəbər verir ki, bunu vəziyyətlə tanış olan bir neçə mənbə bildirib.

Ağ Ev bu iki ölkənin yüksək vəzifəli müdafiə və kəşfiyyat rəsmilərini qəbul edib.

İsrail İran daxilindəki mümkün hədəflər barədə ABŞ-la kəşfiyyat məlumatlarını bölüşmək niyyətindədir, Səudiyyə Ərəbistanı isə Yaxın Şərqdə potensial müharibədən son dərəcə narahatdır və diplomatik həll yolu axtarır.

Donald Tramp hələ zərbələr barədə qərar verməyib və hələ də diplomatik həll yolu nəzərdən keçirir

 


Telegram kanalımız
Избранный
48
1
yenisabah.az

2Источники