RU

"Qurban Qurbanov və komandasına hər cür minnətdarlıq düşür" - Fazil Mustafa

"“Qarabağ” klubu hədəfinə çatdı. Azərbaycan futbolu adına böyük uğurdur!"

Redaktor.az xəbər verir ki, bunu deputat Fazil Mustafa bildirib.

"Pley-off möcüzəsi olmasa belə, artıq şanlı tarix yazdığını söyləmək olar. Qurban Qurbanov və komandasına hər cür minnətdarlıq düşür! Daha böyük uğurlara imza atasınız!", - deyə millət vəkili kluba təbriklərini çatdırıb.

Xatırladaq ki, ötən gecə “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirib. “Enfild” stadionunda təşkil olunan qarşılaşmada "Liverpul"a böyükhesablı (6:0) məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb.

T.İSMAYIL

Избранный
12
1
redaktor.az

2Источники