RU

Ceyhun Kazancı: Elvin Cəfərquliyev Türkiyənin böyük komandalarında rahatlıqla oynaya bilər

Bakı, 29 yanvar, AZƏRTAC

“Qarabağ”ın oyunlarını izləyirəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Beşiktaş” klubunun keçmiş idman direktoru Ceyhun Kazancı “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması barədə danışarkən deyib.

O, nəticəyə görə xoşbəxt olduğunu söyləyib: “Qarabağ” bizim qürur yerimizdir. İnanıram ki, Qurban Qurbanovun komandası növbəti mərhələyə vəsiqə qazanar. Heyətdə çox yaxşı oyunçular var. Məsələn, Leandro Andradeni qeyd edərdim. Yaxşı futbolçudur. Yerlilərdən Elvin Cəfərquliyevi bəyənirəm. O, rahatlıqla Türkiyənin böyük komandalarında oynaya bilər”.

Qeyd edək ki, Ceyhun Kazancı hazırda “Kasımpaşa” klubunun icraçı direktoru vəzifəsində çalışır.

Избранный
31
2
azertag.az

2Источники