RU

Media: Böyük Britaniyada avtomobil istehsalı 1952-ci il səviyyəsinə enib  

Böyük Britaniyanın avtomobil sənayesi 2025-ci ildə 764 min nəqliyyat vasitəsi istehsal edib ki, bu da 1952-ci ildən bəri ən aşağı göstəricidir.

AZƏRTAC xəbər verir ki, BBC teleradio şirkəti bu barədə Avtomobil İstehsalçıları Cəmiyyətinə istinadla məlumat yayıb.

Məlumata görə, 2025-ci ildə Birləşmiş Krallıqda istehsal həcmləri öncəki ilə nisbətən 15,5 faiz aşağı olub. Buna, əsasən sentyabr ayında kiberhücumlar səbəbindən “Jaguar Land Rover” zavodlarında baş verən fasilələr, Luton şəhərindəki Vauxhall zavodunun bağlanması və ABŞ-ın ticarət siyasəti səbəb olub.

Qeyd edək ki, 2016-cı ildə Böyük Britaniyada 1,7 milyon avtomobil istehsal olunub. O vaxtdan bəri ölkənin avtomobil sənayesi “Brexit” prosesindən tutmuş, pandemiyaya və ABŞ Prezidenti Donald Trampın tarif siyasətinədək çoxsaylı böhranlarla üzləşib. Lakin ekspertlər elektrik mühərrikli yeni nəqliyyat vasitələri modellərinin satışa çıxarılması ilə bu il vəziyyətin düzələcəyini gözləyirlər. Onların proqnozuna görə, 2026-cı ildə istehsal artımı 10 faiz olacaq, 2027-ci ildə 1 milyon avtomobil istehsal ediləcək, 2035-ci ilədək isə istehsal həcmi ildə 1,5 milyon avtomobilə çatacaq.

Избранный
41
2
azerbaijan-news.az

2Источники