RU

Cənubi Afrikada ağır yol qəzası: 11 ölü, 8 yaralı

Bakı, 29 yanvar, AZƏRTAC

Cənubi Afrikanın Kvazulu-Natal əyalətində yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 11 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Afrika Yayım Korporasiyası məlumat yayıb. Bildirilib ki, yaralılar dərhal təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb.

Hazırda qəzanın dəqiq səbəblərinin müəyyən edilməsi üçün araşdırma aparılır.

Избранный
33
1
azertag.az

1Источники