RU

Fransada keçmiş senator narkotik qalmaqalına görə MƏHKUM EDİLİB

Ajans.az xəbər verir ki, bubarədə LeMondenəşriməlumatyayıb. Məhkəmə materiallarına əsasən, Guerriot 2023-cü ildə Fransa Milli Assambleyasının 50 yaşlı üzvü Sandrine Jaussao ilə Parisdəki mənzilində tək qaldığı vaxt ona ekstazi maddəsi qatılmış şampan təqdim edib. Hadisənin cinsi xarakterli niyyət daşıdığı bildirilib. Zərərçəkən özünü qəfil pis hiss etdikdən sonra mənzili tərk etməyə nail olub. Planın baş tutmadığı qeyd edilir. Yerli KİV-lərin yazdığına görə, “Guerriot işi” ölkədə geniş ictimai rezonans doğurub. Bu, xüsusilə Fransada qadınlara qarşı zorakılıqla bağlı son illər artan həssaslıq, o cümlədən uzun müddət gündəmdə olmuş Jizel Peliko işi fonunda cəmiyyətin diqqətini çəkib. Məhkəmə iclasında Guerriot özünü təqsirli bilmədiyini bildirib və təsadüfən özü üçün hazırladığı içkini Jaussao-ya verdiyini iddia edib. Lakin məhkəmə bu izahatı inandırıcı saymayıb. Araşdırma zamanı onun kompüterində narkotik maddələrin cinsi zorakılıq məqsədilə istifadəsi ilə bağlı çoxsaylı axtarış sorğularının aşkarlandığı bildirilib. Bununla belə, keçmiş senatorun vəkilləri hökmü dərhal apellyasiya qaydasında mübahisələndirib. Bu səbəbdən cəzanın icrası müvəqqəti olaraq təxirə salınıb.

 

Избранный
25
Ajans.az

1Источники