RU

Sumqayıt Sənaye Parkında ildə 55 mln. kvadratmetr karton və qutu tarası istehsal ediləcək (FOTO/VİDEO)

Bakı. Trend:

Sumqayıt Sənaye Parkında “Bakı Karton və Qutu Fabriki” MMC-ninkarton və qutu taralarının istehsalı müəssisəsi 2023-cü ildəİqtisadiyyat Nazirliyi yanında İqtisadı Zonaların İnkişafıAgentliyi tərəfindən rezident statusu alıb.

Trend xəbərverir ki, bunu “Bakı Karton və Qutu Fabriki” MMC-nin rəhbəri KamranSalmanlı bu günkü media-turda deyib.

Onun sözlərinə görə, müəssisənin ərazisi 2.7 hektar sahədir:

“Bakı Karton və Qutu Fabriki” MMC tərəfindən Parkın 3 hektarayaxın ərazisində karton və qutu taralarının istehsalı müəssisəsiqurulub. Türkiyə və Çin texnologiyalarından istifadə edilənmüəssisədə il ərzində 55 milyon kvadratmetr karton və qutu tarasıistehsal olunacaq. Məhsullar daxili bazarın tələbatını ödəməkləyanaşı, ixrac da ediləcək. Müəssisənin investisiya dəyəri 20 milyonmanat həcmindədir. 64 daimi iş yeri yaradılıb. Sənaye parkınınrezidentlərinə verilən bütün güzəştlərdən yararlanan müəssisətəqribən 1,3 milyon manat dəyərində vergi və gömrük azadolmasındanfaydalanıb”.

Kamran Salmanlı qeyd ki, ABŞ-ın daha iki şirkəti ilə danışıqlarolub, nəticələr əldə olunub və yaxın həftələrdə müqaviləimzalanacaq. Qeyd edib ki, satış təmsilçiliyi ABŞ-dakı şirkətlərəveriləcək. İlkin xammal isə Gürcüstan və Rusiyadan təminolunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 27-də SumqayıtSənaye Parkında “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton vəqutu taralarının istehsalı müəssisəsinin açılışında iştirakedib.

Sumqayıt
Sumqayıt
Sumqayıt
Sumqayıt
Sumqayıt
Sumqayıt
Sumqayıt
Sumqayıt
Избранный
89
4
az.trend.az

10Источники