RU

“Qarabağ”la oynamaq daha yaxşıdır” – Luis Enrike


Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqiblər barədə danışıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə fikirlərini klubun rəsmi saytı ilə bölüşüb.
“Əgər bu qrup mərhələsindən çıxmağın nə qədər çətin olduğunu bilən bir komanda varsa, o da bizik və biz “Monako” və ya “Qarabağ”la qarşılaşmağa hazırıq. Görəcəyik, amma ümid edirəm ki, bu, Fransa komandası olmayacaq. Çünki biz fransızlara qarşı oynamaqdan bezmişik – “Qarabağ”la” oynamaq, başqa bir ölkəni görmək daha yaxşıdır”, - ispan mütəxəssis bildirib.
Luis Enrike həmçinin, çətin səfər oyunlarına öyrəşdiklərini deyib.
“Biz çətin səfər oyunlarına öyrəşmişik. Bir neçə oyunçu komandaya geri qayıdacaq. Baxmayaraq ki, bu gün daha bir əsas oyunçumuz (Kvaratsxeliya - red.) zədələnib. Bu, təəssüf doğurur, amma biz bunu qəbul etməliyik”, - Luis Enrike əlavə edib.
Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsində ya PSJ, ya da “Nyukasl”la qarşılaşacaq.
Избранный
69
20
yeniavaz.com

4Источники