“Qarabağ”ın futbolçusu Kevin Medina UEFA Çempionlar Liqasının Liqa mərhələsində inamlı oyunu ilə dıqqət çəkib.
Msport.az xəbər verir ki, kolumbiyalı oyunçu yarışın ən yaxşı müdafiəçiləri sırasındadır.
O, 8 oyunda 62 dəfə sonradan topu ələ keçirməyi bacarıb. Bu göstərici ilə 32 yaşlı oyunçu 3-cü yerdə qərarlaşıb.
İlk iki pilləni müvafiq olaraq Aytor Paredes (“Atletik”, 77 dəfə) və Odilon Kossunu (“Atalanta”, 65 dəfə) tutur.