RU

“Qarabağ”la oynamaq daha yaxşıdır” – Luis Enrike 

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının pley-off mərhələsi ilə bağlı açıqlama verib.

İdmanxeber.az xəbər verir ki, klub televiziyasına danışan ispan mütəxəssis qrupdan çıxmağın çətinliyinə toxunub:

“Bu mərhələnin nə qədər çətin olduğunu yaxşı bilirik. ‘Monako’ və ya ‘Qarabağ’la qarşılaşmağa hazırıq.”
Enrike pley-offda “Qarabağ”la üz-üzə gəlməyə daha müsbət yanaşdığını da gizlətməyib:

“Ümid edirəm ki, rəqibimiz Fransa komandası olmaz. Fransız klublarına qarşı oynamaqdan bezmişik. Başqa ölkəyə səfər etmək və “Qarabağ”la oynamaq daha yaxşıdır. Çətin səfər matçlarına öyrəşmişik.”

Избранный
11
idmanxeber.az

1Источники