RU

İran iğtişaş qurbanlarının siyahısını dərc edəcək


İran hakimiyyəti Prezident Məsud Pezeşkianın göstərişi ilə yaxın tarixdə baş verən iğtişaşların bütün qurbanlarının adlarını dərc etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə prezident administrasiyasının ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Məhəmməd Mehdi Təbatəbai “X” sosial şəbəkə səhifəsində bildirib.
“Prezidentin sərəncamı ilə son faciəli hadisələrin bütün qurbanlarının adları və təfərrüatları dərc olunacaq. Həmçinin, hər hansı bir ziddiyyətli məlumat və ifadələri hərtərəfli yoxlamaq və təsdiqləmək üçün bir mexanizm yaradılıb”, - o, qeyd edib.
Təbatabainin sözlərinə görə, bu addım Qərb mediasının statistikanı saxtalaşdırmaq cəhdlərinə cavabdır.
Избранный
12
1
yeniavaz.com

2Источники