RU

Bu layihə Azərbaycanın enerji şəbəkəsini gücləndirərək İqtisadçı

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Məlum olduğu kimi, “Azerenerji” ASC Naxçıvan Muxtar Respublikası ilə ölkənin əsas enerji sistemini birləşdirmək məqsədilə Zəngəzur yüksək gərginlikli elektrik xəttinin tikintisinə başlayıb. Araz çayı boyunca Cəbrayıldan Ağbəndə qədər 74 km, paralel olaraq isə Naxçıvandan Ordubadın Ermənistanla sərhədinədək 105 km uzunluğunda, ikidövrəli və 1000 MVt yükötürmə qabiliyyətinə malik 330 kVt yüksək gərginlikli ötürmə xəttinin inşaası nəzərdə tutulur. Bu xəttin istifadəyə verilməsi ilə Azərbaycan Ermənistana, həmçinin Türkiyə üzərindən Avropa ölkələrinə də elektrik enerjisi ixrac etmək imkanı qazanacaq”.

Bunu 525.az-a enerji məsələri üzrə ekspert İlham Şaban söyləyib. O vurğulayıb ki, bir qədər əvvəl Ermənistanın baş naziri Azərbaycanla enerji sisteminin birləşdirilməsi, gələcəkdə enerji mübadiləsinin aparılması məsələsini anons etmişdi:

"Layihə Şərqi Zəngəzurun Azərbaycanın digər hissələri ilə daha da inteqrasiya olunmasına kömək edəcək. Enerji xətləri arasında əlaqə yaradılması həm elektrik enerjisi, həm də digər nəqliyyat və kommunikasiya sahələrində də əməkdaşlığın inkişafına təkan verə bilər. Ümumiyyətlə, bu layihə Azərbaycanın enerji şəbəkəsini gücləndirərək, iqtisadi inkişafı dəstəkləyəcək, həmçinin, regional əlaqələri və strateji mövqeyini yaxşılaşdıracaq”.

Sevinc Qarayeva 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
525.az

1Источники