RU

Misirdə qum sarkofaqda tapılan skeletin üzərindən talisman maskası çıxıb

Bakı, 29 yanvar, AZƏRTAC

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ekspedisiya üzvləri eramızın üçüncü əsrinə aid əvvəllər məlum olmayan məzarda aparılan qazıntılar zamanı gənc bir qadının skeleti olan qum sarkofaqı aşkar ediblər.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, ekspedisiyanın rəhbəri Eleonora Kormışevanın sözlərinə görə, skeletin üzərindən Qorqon Meduzasının başını təsvir edən qədim talisman maskası tapılıb.

“Gizada aparılan qazıntılar zamanı ağlasığmaz görünən heyrətamiz şeylər aşkar etdik. Xüsusilə, sarkofaq şəklində qum ilə örtülmüş gənc bir qadının skeletini aşkar etdik. Onun xarici hissəsində Qorqon Meduzasının başını təsvir edən qədim talisman maskası var idi. Əfsanəyə görə, bu mifoloji varlıq baxışları ilə insanı daşa çevirirdi. Tamulet əhəng daşından gips qırıntıları ilə qarışdırılmışdı və Meduzanın ilan kimi saçlarında qırmızı boya izləri qalmışdı”, - deyə o bildirib.

Qazıntılar zamanı, həmçinin qızıl okulyarları olan bir skelet və eramızın üçüncü əsrinin sonlarına aid Roma imperatorlarının sikkələri aşkar edilib. Bu cür dəfn adətləri Aralıq dənizi bölgəsində və Krımda yunan-Roma mədəniyyətinə xasdır və onların nümunələri Taurik Xersonesosda tapılıb. Təmizlənən sikkələrin üzərində imperatorlar Probus və Aurelianın adları oxunub. Kameranın şimal hissəsində - skeletlərin tapıldığı təbəqədə ekspedisiya üzvləri sikkələrin müəyyən etdiyi tarixə uyğun olaraq, son Roma amforalarının fraqmentlərini tapıblar.

“Antropoloqun araşdırması gənc bir qadının kəlləsində endoqam nikahın sübutlarını ortaya qoydu. Onun sözlərinə görə, skeletlərin əksəriyyətində vərəm epidemiyasının izləri var. Qədim zamanlardan, böyük piramidalar dövründən qalma fironların dəfn adətlərindən fərqli olaraq, Gizada tamamilə fərqli Roma sarkofaqlarının olması unikaldır”, -deyə ekspedisiya rəhbəri əlavə edib.

Избранный
31
1
azertag.az

2Источники