RU

“Qarabağ" bu mövsüm çox yaxşı komanda olduğunu göstərdi”

“Liverpul” futbol klubunun baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasında “Qarabağ”la oyundan sonra keçirilən mətbuat konfransında Azərbaycan təmsilçisi barədə müsbət fikirlər səsləndirib.

90deqiqe.Az xəbər verir ki, niderlandlı mütəxəssis “Qarabağ”ın bu mövsüm turnirdə layiqli çıxış etdiyini vurğulayıb:

“Qarabağ bu mövsüm çox yaxşı komanda olduğunu göstərdi”.

Qeyd edək ki, “Enfild” stadionunda baş tutan qarşılaşma “Liverpul”un 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə tamamlayan “Qarabağ” növbəti mərhələyə vəsiqə qazanıb.

Bununla da “köhlən atlar” Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Избранный
3
90deqiqe.az

1Источники