ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
ABŞ-ın “Medicare” və “Medicaid” Xidmət Mərkəzinin sədri, türk əsilli məşhur həkim və aparıcı Mehmet Öz Los-Anceles şəhərində rus-erməni mafiyasının saxtakarlığını ifşa edib.
Globalinfo.az xəbər verir ki, Öz şəhərdə son illərdə xüsusi ehtiyacı olan şəxslər üçün nəzərdə tutulan sağlıq mərkəzlərinin sayının qeyri-normal şəkildə artdığına diqqət çəkib.
Özün rəhbərliyi və təqdimatı ilə hazırlanan süjetdə, o cümlədən aparılan araşdırmalarda Loc-Ancelesdəki rus-erməni mafiyasının saxtakarlıq məqsədi ilə sağlıq mərkəzləri açdığı, minlərlə şəxsi aldadaraq pullarını mənimsədiyi ortaya çıxıb. Öz mənimsənən pulun azı 3,5 milyard dəyərində olduğunu, lakin bu rəqəmin 30 milyard dollara qədər arta biləcəyini söyləyib.
Həkim bildirib ki, bu proses uzun müddətdir davam edir. Belə saxtakarlığın qurbanı olan çox sayda insan var.
Kaliforniya əyalətinin rəhbərliyi isə sözügedən iddialara münasibət bildirərək, 2022-ci ildən sağlıq mərkəzlərinə lisenziya verilmədiyini açıqlayıb.
Özün dediyinə görə, rus-erməni qrupları hətta bir sıra həkimlərlə müəyyən məbləğ qarşılığında razılaşıblar. Beləliklə, Səhiyyə Nazirliyinin qeydiyyatında olan həkimlər də bu saxtaklarlığa alət olublar. Məlumata görə, bu mərkəzlərdə həkimlər saxta xəstə adları və şişirilmiş dərman qiymətləri ilə reseptlər yazaraq Birləşmiş Ştrarların sığorta xidmətinə də maddi zərər vurublar.
Məsələ ilə bağlı ən maraqlı məqam isə bu saxtakarlığın məhz ABŞ-dakı erməni diasporu ilə əlaqəsinin olduğunun iddia edilməsidir. Sözügedən süjet ABŞ-da gündəm olub, o cümlədən Türkiyə və Ermənistan ictimaiyyətində də maraqla qarşılanıb. Öz, həmçinin ABŞ-ın səhiyyə sisteminin belə saxtakarlıqlar yolu ilə ələ keçirildiyini deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Mehmet Özü 2024-cü ildə “Medicare” və “Medicaid” Xidmət Mərkəzinin sədri vəzifəsinə təyin etdikdən sonra ABŞ-dakı erməni diasporu və lobbisi hərəkətə keçmiş, türk əsilli həkimə qarşı ciddi qaralama kampaniyası başlatmışdı.
Turkish-American Dr. Mehmet Oz exposes $30 Billion in fraud in Los Angeles, with ties to Armenian networks.pic.twitter.com/lhsTXozOOH
— Daily Turkic (@DailyTurkic) January 27, 2026
Ayşən Mustafa
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.