RU

Aİ və Azərbaycan investisiya və bağlantıları artırmaq məqsədilə əməkdaşlığı gücləndirir

Bakı. Trend:

Bu gün Avropa İttifaqı və Azərbaycan Aİ-nin Qlobal Dəhliz (GlobalGateway) təşəbbüsü və bu yaxınlarda təqdim edilmişRegionlararası Bağlantılar Proqramı çərçivəsindətərəfdaşlıqlarını gücləndirmək barədə razılığa gəliblər. Birlikdəonlar nəqliyyat, rəqəmsal, enerji və ticarət sahələrində davamlı vəsabit əlaqələr sayəsində yeni iqtisadi imkanlar açmaq, uzunmüddətdəortaq rifah, əməkdaşlıq və sülh təşviq etmək məqsədi güdürlər.

Bu çərçivədə, Avropa İttifaqı və Azərbaycan AYİB ilə birlikdəNaxçıvan dəmir yolu layihəsinin hazırlanması üçüntexniki-iqtisadi əsaslandırma işlərinə başlamaqbarədə razılığa gəliblər. Bu, Azərbaycanda və daha geniş regiondamobilliyi və iqtisadi axınları yaxşılaşdırmaq baxımından vacibinvestisiyadır. Bu dəmir yolu, 15 günlük planlaşdırılmış tranzitdaşınma müddətində Avropa ilə Mərkəzi Asiyanı birləşdirməyi hədəfəalan daha geniş Transxəzər Nəqliyyat Dəhlizininbir hissəsini təşkil edir.

Avropa və Asiya arasında marşrutların şaxələndirilmiş, etibarlıvə sabit olması ortaq strateji maraqlara xidmət edir. Onlarınverdiyi fayda qarşılıqlı olur və həddən ziyadə asılılıq riskləriniazaldır.

İkitərəfli və regional dəstək proqramları ilə yanaşı, innovativmaliyyə alətləri vasitəsilə gələcək prioritet layihələr Aİ iləAzərbaycan arasında iqtisadi əlaqələri gücləndirəcək. Onlarhəmçinin Azərbaycanın iqtisadiyyatını şaxələndirmək, regionalbağlantıları gücləndirmək, ölkə daxilində səriştə və iş imkanlarıyaratmaq, kənd yerlərinin inklüziv və davamlı inkişafını təşviqetmək istiqamətində göstərdiyi səyləri dəstəkləyəcək.

Məqalədə:
Избранный
8
9
az.trend.az

10Источники