RU

Abdullah Zubir: Mərhələni adladığımız üçün çox xoşbəxtik

ain.az, Cebheinfo saytına istinadən bildirir.

"Qarabağ"ın futbolçusu Abdullah Zubir UEFA Çempionlar Liqasının Liqa mərhələsinə adladıqlarına görə çox xoşbəxtdir.

"Cebheinfo.az" xəbər verir ki, yarımmüdafiəçi bunu Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma zamanı jurnalistlərə açıqlamasında bildirib.

O, komandanın növbəti mərhələyə vəsiqə qazanmasından məmnunluğunu ifadə edib:

"Mərhələni adladığımız üçün çox xoşbəxtik. Təəssüf ki, "Liverpul"la matçda məğlub olduq. Lakin ümumi nəticədən razıyıq. İndi pley-off mərhələsinə köklənmişik. Ümid edirəm ki, qarşıdakı iki oyunda da yaxşı çıxış edərək, daha irəli gedə bilərik. Niyə də olmasın?"

A.Zubir pley-offdakı potensial rəqiblər - PSJ və "Nyukasl" arasında üstünlük verdiyi komandanın adını da çəkib:

"Mən fransalıyam, ona görə də PSJ ilə qarşılaşmaq istərdim. Dünyanın ən yaxşı oyunçularına qarşı oynamaq hər zaman maraqlıdır. Futbolu elə buna görə, böyük komandalarla mübarizə aparmaq üçün oynayırıq. Şəxsən mən rəqib kimi PSJ-ni arzulayıram".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
2
cebheinfo.az

3Источники